Baş Prokurorluq Koçaryana bağlı deputatların müraciətini rədd edib | 1news.az | Xəbərlər
Ermənistan

Baş Prokurorluq Koçaryana bağlı deputatların müraciətini rədd edib

12:33 - 08 / 08 / 2018
Baş Prokurorluq Koçaryana bağlı deputatların müraciətini rədd edib

Ermənistanın Baş Prokurorluğu həbsdə olan sabiq prezident Robert Koçaryan barədə bir qrup deputatın müraciətini rədd edib.

1news.az xəbər verir ki, prokurorluğun açıqlamasında bildirilir ki, istintaqın bu mərhələsində həbsqətimkan tədbirinin dəyişdirilməsi təqsirləndirilən şəxsin düzgün davranışını təmin edə bilməz.

Xatırladaq ki, müraciəti 45 deputat imzalayıb.

Koçaryan 1 mart 2008-ci il hadisələrinə görə həbs edilib. Onun apellyasiya şikəyətinə avqustun 9-da baxılacaq.

P.Sultanova

Paylaş:
654

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər