Mərcdə qalib gəlmək üçün 6 nəfəri qətlə yetirdi – FOTO | 1news.az | Xəbərlər
Dünya

Mərcdə qalib gəlmək üçün 6 nəfəri qətlə yetirdi – FOTO

13:49 - 09 / 08 / 2018
Mərcdə qalib gəlmək üçün 6 nəfəri qətlə yetirdi – FOTO

8 nəfərin qatili Hamdi Kayapınarın "İstanbulun amansız qatili" adlandırılan Seyit Ahmet Demirci ilə "Kim daha çok adam öldürəcək" yönündə mərc etdikləri iddia edilir.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Kayseridə əvvəllər 7 qətl törədən Hamdi Kayapınarın son olaraq keçən həftə bir villanın təhlükəszilik əməkdaşını öldürdüyü məlum olub.

Kayapınar saxlanıldıqdan sonra hakim qarşısına çıxdığında "İddianı qazanan mən oldum" deyib.

Qatil Hamdi Kayapınar ilk cinayətini 1994-cü ildə törədib. Düşünür ki, valideynləri digər oğlunu ondan daha çox istəyir və 13 yaşlı qardaşını iplə boğaraq öldürür. 4 il həbs həyatından sonra, azadlığa çıxıb. Həbsxanadan çıxdıqdan sonra 1998-2001 arasında 6 nəfəri öldürüb. Onu bu qətl olaylarına görə axtaran polisi ayağından vuraraq qaçıb. 2002-ci ildə yaxalanılb. Polisə verdiyi ilk ifadəsində ailəsini və cəmiyyəti təqsirləndirən Kayapınar "Məni bugünə kimi heç kim sevmədi. Atam hər zaman təhqir etdi. Cəmiyyət özündən kənarlaşdırdı. Məktəbə gedə bilmədim. Bir sənət sahibi olmadım. Xoşbəxt ailəm və məni sevən ana-atam olsaydı, belə olmazdım" deyib.

Hamdi Kayapınar ifadəsində Seyit Demirci ilə daha çox adam öldürməkdən iddiaya girdiyini və 6 nəfəri bu səbəbdən öldürdüyünü etiraf edib.

1news.az

Paylaş:
868

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər