ABŞ-da Azərbaycanla bağlı yalan məlumatlar verən erməni narko-tacir həbs edilib
Kaliforniyanın 44 yaşlı sakini Armen Simonyan daha əvvəl fırıldaqçılıq, narkotik mübadiləsi və klinikalara qanunsuz dərman satmaya görə ittiham olunan və pul müqabilində zaminə buraxılsa da, avqustun 7-də yenidən həbs olunub.
Federal hökumət ona qarşı yeni ittihamlar irəli sürüb. Belə ki, Simonyan ABŞ vətəndaşlığını əldə etmək üçün saxta məlumat və pasport olmasında ittiham olunur.
İttihama görə, Simonyan 15 il öncə ABŞ-a saxta sənədlərlə gəlib. ABŞ-da sığınacaq almaq üçün o, yalan məlumatlar verib. Guya ki, Azərbaycanda doğulub, erməni-azərbaycanlı qarışıq ailədəndir və Azərbaycanda onun valideynlərini öldürüblər. Simonyan bildirib ki, ABŞ-a Rusiyadan qaçaraq gəlib.
Lakin istintaq aydınlaşdırıb ki, Simonyan Ermənistanda doğulub və oradan da ABŞ-a gəlib. Valideynlərinin hər ikisi ermənidir və sağdır.
Simonyanın cinayət işi ilə Los-Ancelesin dairə məhkəməsi baxır. Onun günahı sübuta yetirilərsə, Simonyan ABŞ vətəndaşlığından məhrum edilərək, 20 il müddətinə həbs edilməklə yanaşı, eləcə də narkotiklərə görə əlavə 60 il müddətinə də federal həbsxanada olacaq.
Tərcümə: S.Xankişiyeva