“Sabah” klubunda Müşahidə Şurası yaradılıb – ÜZVLƏR – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Sabah” klubunda Müşahidə Şurası yaradılıb – ÜZVLƏR – FOTO

17:30 - 09 / 08 / 2018
“Sabah” klubunda Müşahidə Şurası yaradılıb – ÜZVLƏR – FOTO

AFFA-nın qərarına əsasən Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurası yaradılmalıdır. Bu ildən Premyer Liqada çıxış edəcək “Sabah” Futbol Klubunda da AFFA-nın tövsiyəsi və dəstəyi ilə Müşahidə Şurası yaradılıb.
1news.az
-ın məlumatına görə, Müşahidə Şurasının üzvləri klubun fəaliyyətində və ilbəil daha da inkişaf etməsi üçün görüləcək işlərdə yaxından iştirak edəcəklər. “Sabah” FK-nın əsas prinsiplərindən biri möhkəm bünövrə üzərində sağlam klub yaratmaqdır ki, Müşahidə Şurasının üzvləri də bu sahədə öz köməklərini göstərəcək, məsləhətlərini verəcəklər. Onlar müxtəlif qurum və şirkətlərlə işgüzar əlaqələrin qurulması, kluba yeni investorlar və sponsorların cəlb olunması istiqamətində əhəmiyyətli rol oynayacaqlar. Şura üzvləri eyni zamanda klubun inkişaf strategiyası üçün önəmli olan ideya və təkliflərini verəcəklər.

Müşahidə Şurasının tərkibi aşağıdakı kimidir:

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini.

2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub. 2014-cü ildən təhsil nazirinin müavinidir. 2015-ci ilin mart ayından AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Həmin ilin may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib. Qeyd edək ki, Firudin müəllimin klubumuzun Müşahidə Şurasına üzv qəbul olunması AFFA tərəfindən tövsiyə olunub. Firudin Qurbanov “Sabah” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

İqor Ponomaryov - Azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989).

Ponomaryov Azərbaycan futbolunun tanınmış simalarındandır. Karyerasının böyük hissəsini “Neftçi”də keçirib. Sabiq yarımmüdafiəçi SSRİ-nin gənclər yığmasında da çıxış edib. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan SSRİ yığmasının heyətində olub. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olub. İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb. Ponomaryov Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.

Rəhman Hacıyev - “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəri.

2002-2008-ci illər aralığında MBASK sığorta şirkətində maliyyə sahəsində çalışıb. 2008-ci ildən “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəridir. O, ən böyük həvəskar futbol liqası olan MFL-in həmtəsisçisi və direktorudur.

Rauf Xəlilov - Sahibkar

2007-ci ildən “İSR Holdinq”də vitse-prezident vəzifəsində çalışır. Şirkətin fəaliyyət sahəsinə nəqliyyat, neft və neft məhsullarının satışı, otel işi, avtomobil biznesi daxildir. Azərbaycanda ən böyük satış şirkətlərindən olan “Zara” və “Massimo Dutti”nin səhmdarlarındandır. “İSR Auto” isə Azərbaycanda “Toyota” və “Lexus”, həmçinin, “Georgia Lexus” şirkətlərinin rəsmi dileridir. Dağ Xizək İdman Federasiyasının prezidentidir.

Yaqub Hüseynov - Sahibkar

“Sabah” Futbol Klubunun təsisçisi və Müşahidə Şurasının sədridir. Yaqub Hüseynov “Bridge Group of Companies”-in rəhbəridir. 1998-ci ildə “Global İnteriors Group” şirkətini, 2008-ci ildə isə “Bridge Group of Companies” şirkətlər qrupunu və “Bridge Plaza” biznes mərkəzini təsis edib.

Firudin Qurbanov

İqor Ponomaryov

Rəhman Hacıyev

Rauf Xəlilov

Yaqub Hüseynov

1news.az

Paylaş:
2649

Son xəbərlər

Zərdabda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar varBu gün, 14:22Fransa səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEOBu gün, 14:06Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 19-a çatıbBu gün, 13:52Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölübBu gün, 13:38Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilibBu gün, 13:25Sabah Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq - XƏBƏRDARLIQBu gün, 13:20“Bu seçkilər Qazaxıstan seçki sisteminin təkmilləşdirilməsində növbəti mütərəqqi addımdır” - DEPUTATBu gün, 13:08İçərişəhərdə təntənəli bayram tonqalı qalandı - FOTOBu gün, 13:02Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıbBu gün, 12:45Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:29Bu gün Yer Kürəsi GünüdürBu gün, 12:18İrandan Azərbaycana 10 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb - FOTOBu gün, 12:03Qızıl cüzi bahalaşıbBu gün, 11:45Qızının maşınla vurduğu ana 17 gün sonra müalicə aldığı xəstəxanada ölübBu gün, 11:26Pirallahıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 11:11Azərbaycanda polis 24,5 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 10:55Ölkədə 2 gün ərzində cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıbBu gün, 10:38Xətai rayonunda ev yanıbBu gün, 10:22Paytaxt teatrlarının bölgələrə Novruz səfərləri başlanırBu gün, 10:04İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulubBu gün, 09:51
Bütün xəbərlər

Next TV