ABŞ-da aktiv qazma qurğularının sayı artıb
ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb.
Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 13 ədəd azalaraq 1057 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 103 ədəd çoxalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 10 ədəd çoxalaraq 869 ədəd olub. Bu, ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qazma qurğularının sayı 101 ədəd artıb.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 3 ədəd artaraq 186 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən isə ölkədəki qazma qurğularının sayı 5 ədəd çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.