Ərdoğan xalqı "iPhone" almamağa səsləyib – VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la bağlı kəskin çıxış edib.
Ərdoğan biznes dünyasına müraciət edib. Prezident bildirib ki, iqtisadi böhrandan çıxmaq üçün daha çox istehsal edəcəyik, daha çox ixracat edəcəyik.
“Mağazaları bağlamaq üçün heç bir əsas yoxdur. İxrac, ixrac, ixrac. İstehsalı dayandırmaqla çox yanlış etmiş olarıq. Yola davam edirik. Daha çox iş yeri açacağıq və daha çox tər tökəcəyik. Xaricdən aldığımız malında daha yaxşısını, daha keyfiyyətlisini istehsal edib xaricə satacağıq. Biz Amerikanın elektron məhsullarını boykot edəcəyik. Onaların "iPhone"u varsa, digər tərəfdə "Samsung" var. Öz ölkəmdə "Venus", "Vestel" var. Onları tətbiq edəcəyik”.
S.Xankişiyeva
598