Çoban iti dənizə girən balaca qızı “xilas etdi” – VİDEO
Matias çoban iti cinsindən olan böyük köpəkdir. Sahibi kiçik, 6 yaşlı nəvəsini ona etibar edir. Matias da balaca Antuanetlə sanki dayə kimi davranır.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Fransanın Qüvil sür Mer şəhərində yaşayan balaca Antuanet dəniz sahilində valideynləri ilə birlikdə idi. Qız ata-anasından ayrılıb və dənizə girib.
Matias bunu görəndə Antuanetin yanına gedib.
Balaca qızın dalğaların qoynunda çarəsiz qaldığını düşünən Matias onu dartıb sahilə çıxarıb və acıqla baxaraq sanki tənbeh edib.
Videoya sosial şəbəkələrdə on milyonlarla insan baxıb.
1news.az
2318