“Çeburaşka” və “Prostokvaşinoda tətil”in müəllifi vəfat edib
Sovet və Rusiya yazıçısı, ssenarist, “Timsah Gena və onun dostları” və “Fyodor dayı, it və pişik” (“Prostokvaşinoda tətil”) kimi uşaq kitablarının müəllifi olan Eduard Uspenski dünən axşam 80 yaşında Moskvadakı evində vəfat edib.
1news.az-ın məlumatına görə, bu barədə onun qızı məlumat verib.
Qeyd edək ki, yazıçı son illərdə ağır xəstəlikdən əziyyət çəkirdi. Avqustun əvvəlində Almaniyada müalicədən sonra ölkəsinə qayıdıb. Dramaturq avqustun 9-da evdə özünü pis hiss edərək huşunu itirib.
Uspenski uşaqlara Timsah Gena və Çeburaşka, pişik Matroskin, Fyodor dayı, poçtalyon Peçkin, köpək Şarik və s kimi personajlar bəxş edib. Həmçinin o, “Spokoynoy noçi, malışi!” (“Gecəniz xeyirə qalsın, körpələr”) verilişinin yaradıcılarından biri olub.
Onun yaradıcılığı və ssenariləri əsasında 60 multfilm çəkilib.
1news.az