Polis Rihannanın evini mühasirəyə aldı | 1news.az | Xəbərlər
Dünya

Polis Rihannanın evini mühasirəyə aldı

11:40 - 15 / 08 / 2018
Polis Rihannanın evini mühasirəyə aldı

Rihannanın Los-Ancelesdəki evinin təhlükəsizlik siqnalı çalan kimi polislər ünvana gediblər.

Müğənni özü evdə olmayıb. Polislər vertolyot və avtomobillərlə ünvana yollanıblar. Onlar evin ətrafına toplaşıb, məkanı mühasirəyə alıb və içəridə kimin olduğunu araşdırıb. Amma polis siqnalın çalma səbəbini tapa bilməyib.

Polislər Rihannanın pərəstişkarlarından şübhələnib. Hələ mayda Eduard Leon adlı pərəstişkarı ifaçının evinə girib, 12 saat orada qalmışdı. Polis oğlanı həbs edəndə isə o, "Rihanna ilə birlikdəyik. Bir az əvvəl sevişdik" sözlərini demişdi.

Hadisə baş verən ərəfədə Rihanna Londonda gecə klublarından birində əylənirdi.

S.Xankişiyeva

 

Paylaş:
781

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər