Türkiyədən ABŞ-a növbəti zərbə | 1news.az | Xəbərlər
Dünya

Türkiyədən ABŞ-a növbəti zərbə

15:58 - 16 / 08 / 2018
Türkiyədən ABŞ-a növbəti zərbə

Vaşinqtonun Türkiyəyə qarşı başlatdığı ticarət müharibəsi Nyu-York əmətəə birjasında indekslərin düşməsi ilə nəticələnib.

1news.az Anadolu-ya istinadən xəbər verir ki, “Dow Jones” indeksi 260 bənd (1) düşərək, avqustun 6-dan bu günə olan minimal səviyyəyə çatıb.

“Standard & Poor's” indeksi 26 bənd (0,9%), Nasdaq 103 bənd (1,3%) azalıb. Hər iki indeks avqustun 2-dən bu günə olan ən aşağı nəticələri göstəriblər.

Ekspertlərin fikrincə, ABŞ prezidenti Donald Trampın müttəfiqi və NATO-dakı əsas üzvlərdən biri Türkiyəyə qarşı başlatdığı ticarət müharibəsi Nyu-York əmtəə birjasında amerikalı investorlar arasında ciddi narahatlığa səbəb olub.

S.Xankişiyeva

 

Paylaş:
687

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər