Rusiyalı ekspertlər Paşinyanın 100 günü barədə
Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsinin 100 günü tamam olub. Ötən müddət ərzində Ermənistanın hökumət başçısı meydanlarda xalqa verdiyi vədlərinin yerinə yetirilməsi istiqamətində hansı addımları atıb?
Məlumat üçün bildirək ki, Paşinyan erməni xalqını aprelin 13-dən meydanlara çağırıb, Serj Sarkisyan isə aprelin 17-də parlament tərəfindən baş nazir seçilib. Aprelin 23-də Sarkisyan istefa verib, mayın 8-də isə Paşinyan baş nazir seçilib.
Rusiyalı ekspertlər Paşinyanın 100 gününü şərh ediblər. Onların fikrincə, hələ ki, hakimiyyətin iqtisadi sahə ilə bağlı islahatlarına dair proqramı təqdim edilməyib, vektor müəyyin olunmayıb. Ekspertlərə görə, bütün hər şey Ermənistanda keçiriləcək parlament seçkiləri və yeni hökumət formalaşandan sonra müəyyən ediləcək. Ancaq erkən seçkilərin tarixi hələ açıqlanmayıb. İrəvanın gələcək xarici siyasət kursu üzrə də ekspertlərin fikirləri fərqlidir.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq institutunun Qafqaz və Orta Asiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Andrey Aresevin sözlərinə görə, bu gün "hüquqi və siyasi məsələlər" Ermənistanda sıx birləşir: “Mənim üçün aydın deyil ki, hüquqi prosedurlar nəticədə üstün olacaq ya yox. Burada mülki partlayışa icazə verməmək vacibdir. Əvvəlki prezident Robert Koçaryanın işi ilə əlaqədar gördüklərimiz, siyasətin qanuni prosedurlarda hökmranlığının birmənalı təəssüratını yaradır. İndi vacib olanı ictimai-siyasi vəziyyətin gərginləşməsinə imkan verməməkdir, belə bir təhlükə isə istisna deyil”.
A.Areseven hesab edir ki, Paşinyanın gənc komandası bəzi məsələlərdə kifayət qədər təcrübəyə malik deyillər, peşəkarlıq çatışmır.
Öz növbəsində, Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin hesab edir ki, Ermənistanda indi insanlar dövlət, milli maraqlar haqqında deyil, yalnız onların şikayətlərini, arzularını, kommersiya layihələrinin reallaşmasını düşünür. Bu isə ümumi vektorla zidddiyyət təşkil edir. Lepexin vurğulayıb ki, Paşinyanla birlikdə müxtəlif insanlar hakimiyyətə gəlib. Onların arasında Rusiyanın tərəfdarları, biganə insanlar, rəqiblər də var. Və rəqiblər hakimiyyətdə olduqdan sonra hər cür təxribatlarla məşğul olmağa başlayırlar.
Onun sözlərinə görə, erməni baş nazirin komandası formalaşmayıb, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarətdir və ən müxtəlif sürprizlər bilər”.
Ekspert hələ də erkən seçkilərin vaxtının açıqlanmadığını, burada müəyyən bir “hiylə”nin ola biləcəyinə işarə edib: "Ola bilsin ki, populyarlıq tablosunun dəqiq bir hesablanması yoxdur. Seçkilər Paşinyanın populyarlığının kuliminasiyası anında keçirilməlidir ... İndi fəal anti-korrupsiya fəaliyyətinin nəyə səbəb olacağı çox da aydın deyil, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət də kifayət qədər aydın deyil. Elita həm Paşinyan tərəfdarı, həm də seçkilərdə rəqibi ola bilər”.
1news.az