Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir
Müğənni Valeri Meladze Rusiya vətəndaşı olmaqla yanaşı, Gürcüstan vətəndaşlığı almaq üçün də müraciət etdiyini təsdiqləyib.
1news.az TASS-a istinadla xəbər verir ki, Meladze mətbuatın onun Gürcüstan vətəndaşlığı almaq üçün müraciət etməsinə dair məlumat yayıldığını və bu faktı inkar etmədyini vurğulayıb.
“Bu, mənim Rusiya vətəndaşlığından imtina etməyim demək deyil. Eyni zamanda bu addım Rusiya və Gürcüstan qanunvericiliyi ilə ziddiyyət təşkil etmir. Mən Gürcüstanda anadan olub, böyümüşəm. Onda iki respublikann sərhədləri yox idi. Tarixən və mental olaraq xalqlarımız qardaş olub və olmaqda davam edəcək. Sərhədlərin ortaya çıxması bizi seçim qarşısında qoydu. Mən bu sərhədi özüm üçün silmək üçün hərəkətə keçdim".
1news.az
694