Kabildə prezident sarayı raket atəşinə tutulub

Əfqanıstan prezidenti Əşrəf Qaninin Kabildə Qurban Bayramı münasibətilə çıxışı zamanı bir neçə raket atılıb.
1news.az Tolo news-a istinadla xəbər verir ki, hücum yerli vaxtla səhər saat 9.00 radələrində baş verib. Raketlər prezident sarayına və bir çox ölkənin səfirliklərinin yerləşdiyi şəhərin hökumət məhəlləsinə atılıb.
Hadisənin detalları barədə məlumat verilməyib.
P.Sultanova
575