Ana 68 il sonra oğlunu ilk dəfə gördü - VİDEO
92 yaşındakı Lee Keum-seom uzun müddət itkin düşmüş oğlu ilə Şimali Koreyada bir kurortda görüşüb və dərin həyəcan yaşayıb.
1news.az CNN-ə istinadla xəbər verir ki, Lee bu anı düz 68 il gözləyib. Müharibədən sonra Koreyanın bölünməsi ilə onlar da ayrı düşüblər. Həmin vaxt oğlu Sang Cholun dörd yaşı olub. İndi isə onun 72 yaşı var.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Moon Jae-in və Şimali Koreya lideri Kim Çen İn tərəfindən imzalanan Panmunjom bəyannaməsinə görə, bu il 57,000-dən çox insan içindən seçilmiş 89 şanslı ailə öz görüşəcək. Bir araya gəlmək istəyənlərin 60% -dən çoxu 80 yaşdan yuxarıdır.
546