Prezident sarayını raket atəşinə tutan iki yaraqlı zərərsizləşdirilib
Əfqanıstan təhlükəsizlik qüvvələri prezident sarayına raket hücumu həyata keçirən iki qiyamçını zərərsizləşdirib.
1news.az "Tolo News"a istinadən xəbər verir ki, hazırda ərazidə döyüşlər davam edir.
Xatırladaq ki, Əfqanıstan prezidenti Əşrəf Qaninin Qurban bayramı münasibətilə çıxış edən zaman paytaxt Kabula bir neçə raket zərbəsi endirilib.
Hücum yerli vaxtla saat 09:00-da qeydə alınıb. Raketlər Prezident sarayının və şəhərin bir çox ölkələrin səfirliklərinin yerləşdiyi hökumət məhəlləsi istiqamətinə atılıb.
1news.az
508