İŞİD-in seks köləsinə çevirdiyi qız nişanlandı – FOTO
İraqın Sincar bölgəsində 2014-cü ildə İŞİD terrorçuları tərəfindən qaçırılaraq seks köləsinə çevrilən yezidi ictimai fəal Nadia Murad nişanlanıb.
Terrorçu qrup tərəfindən qaçırılan 7 min qadından biri olan Nadia 12 ay ərzində İŞİD üzvləri tərəfindən zorlanaraq işgəncələrə məruz qalmışdı. Xilas ediləndən sonra Almaniyaya köçən Nadia Murad Nobel Sülh Mükafatına namizəd olmuş, yaşadıqlarını BMT-də danışmış və təşkilatın xoşməramlı səfiri statusunu qazanmışdı.
Hazırda BMT Narkotik və Cinayət şöbəsində işləyən 23 yaşlı Nadia insan ticarətinin qurbanlarının problemləri ilə məşğul olur. İlk dəfə belə bir vəzifə zorakılığa məruz qalmış şəxsə verilib.
Qeyd edək ki, ictimai fəal ABŞ ordusunda tərcüməçi kimi işləyən və onun normal həyata qayıtmasında böyük köməyi olan Abid Şamdeenlə nişanlanıb.
S.Xankişiyeva