Kişi yoqa topu ilə həyat yoldaşını və qızını öldürüb | 1news.az | Xəbərlər
Dünya

Kişi yoqa topu ilə həyat yoldaşını və qızını öldürüb

09:30 - 24 / 08 / 2018
Kişi yoqa topu ilə həyat yoldaşını və qızını öldürüb

Honq Konqda həkim-anestezioloq dəm qazı ilə dolu olan yoqa topundan istifadə edərək həyat yoldaşını və 16 yaşlı qızını öldürüb.

1news.az xəbər verir ki, kişi qazla şişirdilmiş topu avtomobilin baqajında yerləşdirib və qaz sızması nəticəsində qızı və həyat yoldaşı ölüb.

Kişi özünü günahkar bilməyib. Meyitlərin müayinəsi zamanı onların qaz zəhərlənməsindən öldükləri aşkar edilib. Polislər yoqa şarını avtomobilin baqajında aşkarlayıb.

İstintaq orqanı həkimin həyat yoldaşını qəsdən qətlə yetirdiyi qənaətinə gəlib. Çünki kişi başqa qadınla sevgili olub, həyat yoldaşı isə boşanmaqdan imtina edib.

Şahidlər onun iki topu qazla necə doldurduğunu gördüklərini təsdiqləyiblər. Təqsirləndirilən şəxs dəm qazı ilə dovşanları boğacağını bildirib, polislərə isə evdə olan siçovulları zəhərləmək istədiyini deyib.

1news.az

Paylaş:
539

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər