Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 350 əməkdaşı pusquya düşüb | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 350 əməkdaşı pusquya düşüb

15:47 - 27 / 08 / 2018
Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 350 əməkdaşı pusquya düşüb

Əfqan təhlükəsizlik qüvvələrinin 350 əməkdaşından ibarət qrup Faryab əyalətinin Maimana şəhərinə hərəkət edən zaman pusquya düşüb.

1news.az xəbər verir ki, bu barədə TOLOnews məlumat yayıb.Yerli hakimiyyət qarşıdurmanın davam etdiyini təsdiqləyib.

Daha əvvəl məlumat yayılıb ki, "Taliban" yaraqlıları ölkənin şimal-qərbində Faryab vilayətində hərbi baza ələ keçiriblər. Mətbuatın verdiyi məlumata görə, bazaya hücum zamanı ən az 17 əfqan hərbçi həlak olub,12 nəfər yaralanıb. Yerli rəsmilər bildiriblər ki, onlarla əsgərin taleyi naməlum olaraq qalır.

P.Sultanova

Paylaş:
526

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər