Xərçəngdən ölən nişanlı qızın gəlinliyi cənazəsinə bükülüb – FOTO | 1news.az | Xəbərlər
Dünya

Xərçəngdən ölən nişanlı qızın gəlinliyi cənazəsinə bükülüb – FOTO

11:37 - 28 / 08 / 2018
Xərçəngdən ölən nişanlı qızın gəlinliyi cənazəsinə bükülüb – FOTO

Xərçəng xəstəliyindən dünyasını dəyişən qızın gəlinliyini cənazəsinə büküb dəfn etdilər.

Türkiyənin Denizli bölgəsində mədə xərçəngindən dünyasını dəyişən 21 yaşlı İnci Dumrulun məzarını görənlər göz yaşlarına hakim ola bilməyib.

Nişan gününün səhəri İnci çatdırıldığı xəstəxanada gözlərini əbədi olaraq yumub.

Pamukkale Universitesinin riyaziyyat fakultəsininin tələbəsi olan İnci rütbəcə çavuş olan sevgilisi ilə nişanlanacaqdı. Dumrul 32 yaşında ölən əmisinin yanında torpağa tapşırılıb. Nişan üzüyünü barmağına taxmamış dünyadan köçən İncinin gəlinliyini məzarına bürüyüblər.

S.Xankişiyeva

 

Paylaş:
567

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər