Şarmazanov: Ermənistan KTMT-də sədrliyini itirsə, günahkar Paşinyan olacaq | 1news.az | Xəbərlər
Ermənistan

Şarmazanov: Ermənistan KTMT-də sədrliyini itirsə, günahkar Paşinyan olacaq

09:52 - 29 / 08 / 2018
Şarmazanov: Ermənistan KTMT-də sədrliyini itirsə, günahkar Paşinyan olacaq

Yeni hakimiyyət son aylarda bizim səhvlərimizi yox edəcək qədər çox səhvlər edib.

1news.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

Onun sözlərinə görə, meydanda Ermənistan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi deyilir, amma həllik heç bir gözlənti özünü doğrultmur.

"25 il ərzində mən Rusiya xarici işlər nazirindən Ermənistanın hakimiyyət orqanlarının bir şey söyləyib, başqa bir iş görməsi barədə heç nə eşitməmişəm. Ermənistan-Rusiya və yaxud Ermənistan-Amerika münasibətləri tostlarla inkişaf etmir. Mən də KTMT-dən narahatam. Belarus prezidenti Lukaşenkonun bəyanatı bir daha bu təşkilatın baş katibi vəzifəsinin təsadüfən bizə verilmədiyini təsdiqlədi. Serj Sarkisyan hakimiyyəti bu məsələdə hər şeyi etdi. Əgər bu vəzifə vaxtından əvvəl başqa ölkəyə verilsə, bütün siyasi məsuliyyət Paşinyan hökumətinin və şəxsən onun özünün üzərinə düşür. Bu gün irəliyə baxmaq lazımdır, gələcək isə qeyri-müəyyəndir”.

P.Sultanova

Paylaş:
706

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər