XİN AP deputatının Qarabağa səfəri barədə: klounlar paradında növbə kimindir? | 1news.az | Xəbərlər
Siyasət

XİN AP deputatının Qarabağa səfəri barədə: klounlar paradında növbə kimindir?

10:42 - 30 / 08 / 2018
XİN AP deputatının Qarabağa səfəri barədə: klounlar paradında növbə kimindir?

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə klounların və təlxəklərin qastrolları davam edir. Növbəti kloun isə Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək və marginal Martin Sonneborndur.

Bunu 1news.az-ın sorğusuna cavab olaraq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib: "Bu adamın siyasi təbliğat posterinə baxmaq kifayətdir. Brüsseldə erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir. Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar. Hətta deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına əvvəllər bu kimi səfərlər təşkil edərək özü də bilmədən işğalın əsl həqiqətlərinin bəzi lazımı insanlara çatdırılmasına xidmət edib.

"Maraqlıdır, görəsən klounlar paradında növbə kimindir, Kardaşyan bacılarınınmı?".

P.Sultanova

 

 

Paylaş:
851

Son xəbərlər

Bütün xəbərlər