Paşinyan üçüncü dəfə Putinlə görüşəcək | 1news.az | Xəbərlər
Dünya

Paşinyan üçüncü dəfə Putinlə görüşəcək

10:41 - 03 / 09 / 2018
Paşinyan üçüncü dəfə Putinlə görüşəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın günlərdə Moskvaya səfəri planlaşdırılır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək:

“Bu, bizim üçüncü görüşümüz olacaq. Bütün məsələləri ətraflı şəkildə müzakirə edəcəyik və əminəm ki, bir çox həll tapacağıq. Bizim əməkdaşlığımız təbii olaraq davam edir".

O qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlər normal, fəaliyyətdə olan bir prosesdir.

P.Sultanova

Paylaş:
570

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər