Arvadının müdirinə əvvəlcə kömək etdi, sonra xəstəxanada bıçaqlayaraq öldürdü – TƏFƏRRÜAT
Türkiyənin Eskişehir şəhərində dəhşətli olduğu qədər də maraqlı qətl hadisəsi baş verib.
1news.az-ın Haberler.com-a istinadən verdiyi xəbərə görə, xəstəxanaların birində yeməkxana işlədən 31 yaşlı Harun Gülər motosikletlə gedən zaman qəzaya düşüb. Bu zaman onun yanında işləyən 27 yaşlı Tuğba adlı qadının həyat yoldaşı 28 yaşlı Sərdar təsadüfən gördüyü yaralıya kömək edərək həkim çağırıb. Ardınca isə yaralı Harun Gülər Eskişehir Dövlət Xəstəxanasına aparılıb.
Sərdar Harunun hadisə yerində düşürdüyü telefonunu götürüb yaxınlarına zəng edərək məlumat vermək istəyib. Bu zaman Harunun onun yanında işləyən arvadı ilə mesajlaşdığını öyrənib.
Arvadı Tuğbanı götürərək evə aparan Sərdar onu döyməyə başlayıb. Lakin qadın ərinin əlindən qurtularaq pəncərədən qaçmağı bacarıb.
Evdəki çörək bıçağını götürən Sərdar isə Harunun yerləşdirildiyi xəstəxanaya yollanıb. Onun rentgen otağında olduğunu öyrənən əsəbi ər otağa daxil olaraq Haruna 10 bıçaq zərbəsi vurub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Arvadının sevgilisini qətlə yetirən Sərdar isə xəstəxana polisi tərəfindən yaxalanıb.
1news.az