Yaponiya qasırğaya təslim oldu: maşınları aşırdı, evlərin damını uçurdu – FOTO – VİDEO
Güclü “Cebi” qasırğası Yaponiyanı ağuşuna alıb.
1news.az-ın məlumatına görə, qasırğanın mərkəzində təzyiq 945 hektopaskaldır. Küləyin gücü əsasən saniyədə 45 metrdir, arabir saniyədə 60 metrə çatır.
Yaponiyanın Hyoqo bölgəsinin Kobe şəhəri ilə Şikoko adasının Tokuşima bölgəsini vuran qasırğanın bərabərində gətirdiyi leysan və şiddətli külək səbəbi ilə yüzlərlə təyyarə və qatar reysləri təxirə salınıb.
Yaponiyada son 25 ilin ən şiddətli qasırğası kimi qiymətləndirilən “Cebi” qasırğası həyatı iflic edib. Yüz minlərlə insan təxliyə edilir. Hətta yük maşnlarını belə çevirən qasırğa güclü dağıntılara səbəb olub.
1news.az
1035