Əmlak Məsələləri Dövlət Komitəsi “Kadastr kalkulyatoru”nu yaradıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmlak Məsələləri Dövlət Komitəsi “Kadastr kalkulyatoru”nu yaradıb

17:42 - 04 / 09 / 2018
Əmlak Məsələləri Dövlət Komitəsi “Kadastr kalkulyatoru”nu yaradıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Kadastr kalkulyatoru” yaradılıb.

Komitədən 1news.az-a bildirilib ki, Azərbaycanda daşınmaz əmlakın kadastrı ilə bağlı xidmətlər sahəsində daha bir elektron xidmət istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilir. Yeni elektron xidmət sayəsində “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu öyrənmək mümkündür. Bu isə öz növbəsində daşınmaz əmlakın kadastrı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Xidmət bu sahədə şəffaflığın, çevikliyin artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir. Xidmət haqqının və dövlət rüsumunun əvvəlcədən dəqiq bilinməsi istifadəçilərin özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada kadastrla bağlı hüquqi əməliyyatları aparmaq üçün daha rasional imkanlar yaradır.

“Kadastr kalkulyatoru”ndan istifadə qaydaları çox sadə və anlaşılandır. Xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (“e-emdk.gov.az”) daxil olmaq lazımdır. Daha sonra daşınmaz əmlakın kadastrı bölməsindən “Kadastr kalkulyatoru” seçilir. Xidmətdə “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” əməliyyatları yer alıb.

Daşınmaz əmlakın kadastr planlarını və yerquruluşu xəritələrini tərtib etmək istəyən şəxs xidmətə giriş etməklə tələb olunan məlumatları daxil etməlidir. Belə ki, torpağın uqodiyası, sahəsi, o cümlədən döngə nöqtələrinin sayı, torpaq sahəsinin hansı regionda yerləşməsi qeyd olunur. Bundan başqa, torpağın hansı kateqoriyaya aid olduğu əks olunmalıdır. Belə ki, vətəndaş torpağın təyinatına uyğun olaraq kənd təsərrüfatı, həyətyanı və bağ sahəsi, su obyektləri, meşələr bölməsini seçməlidir. Eyni zamanda, xidmətdə tikilinin sahəsi, mülkiyyətçilərin və tərtib olunan plan və ya xəritənin sayı da göstərilməlidir. Kadastr əməliyyatları vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə də aparılır. Yəni, vətəndaş həmin əməliyyatı 3 və 7 iş günü ərzində də edə bilər.

Mülkiyyətçi torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibini həyata keçirmək üçün tələb olunan dövlət rüsumu və xidmət haqqını da dərhal öyrənə bilir. Hesablamanı həyata keçirən zaman tələb olunan məlumatlar “Kadastr planlarını və yerquruluşu xəritələrini tərtib” xidmətindəki kimi analoji xarakter daşıyır. Belə ki, istifadəçi torpağın coğrafi və texniki göstəricilərini qeyd edir. Torpağın kateqoriyası, əhatə etdiyi sahəsi, parsellerin sayı və digər məlumatlar ekranda əks olunur. Bu xidmətdə də tezləşmə qaydası tətbiq edilir.

Torpaq kənd təsərrüfatı təyinatlıdırsa bu zaman həmin sahənin çox illik əkmələr və ya digər kateqoriyaya aid olduğu göstərilməlidir. Texniki inventarlaşdırma işləri zamanı daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğu, faktiki vəziyyəti, texniki göstəriciləri və tərkibi müəyyən olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə göstərilən xidmətlərin elektronlaşması prosesini gələcəkdə də davam etdirəcək.

1news.az

Paylaş:
1035

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər