Van Damm erməni sevgisi barədə - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Van Damm erməni sevgisi barədə - VİDEO

13:01 - 04 / 09 / 2018
Van Damm erməni sevgisi barədə - VİDEO

Məşhur amerikalı aktyor və rejissor Jan-Klod Van Damm öz “Facebook” səhifəsində Fransanın hava limanlarından birində çəkilmiş video yayımlayıb.

1news.az xəbər verir ki, Van Damm videoda hava limanındakı sərgüzəştləri haqqında danışır və aeroportda duty-free-də işləyən Araksiya adlı qızı təqdim edərək, Ermənistana olan sevgisindən bəhs edir.

Aktyor qeyd edir ki, o, Ermənistanı sevir, uşaqlıqdan bəri böyük rəğbəti olan və dostluq etdiyi müğənni Şarl Aznavura böyük sevgisi var. 

Van Dammın sözlərinə görə, Türkiyəyə uçuşa gecikib və növbəti uçuş üçün gözləmə müddətində Araksiya onu mühafizəçisi kimi müşayiət edib.

1news.az

Paylaş:
603

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər