Bacısına sataşanları maşınla əzib keçdi – VİDEO
20 yaşlı qırğız gənc ad günündə bacısına və rəfiqələrinə sataşanlardan qisas alıb.
1news.az Yenicag-a istinadən xəbər verir ki, qırğız əsilli Rusiya vətəndaşı Bekjan Sarbişev şəhərin Novoçerkassk bulvarında qəsdən avtomobili öz həmyerlilərinin üstünə sürüb.
Məlumata əsasən, hadisə nəticəsində 1 nəfər həlak olub, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. İnsidentin məişət zəminində baş verdiyi bildirilir:
"İlkin məlumata görə, ərazidəki kafelərdən birində ailə üzvləri və yaxın adamların iştirakı ilə Sarbişevin bacısının ad günü qeyd olunub. Məclis davam edərkən, bir neçə şəxs Sarbişevin bacısına və onun rəfiqələrinə sataşıb. Buna sərt narazılığını bildirən Sarbişev sayları 10-a yaxın olan həmin şəxslər tərəfindən döyülüb.
Bundan sonra Sarbişev o adamları izləyib və qisas məqsədi ilə maşını həmin şəxslərin üstünə sürüb. Nəticədə əksəriyyəti Qırğızıstan vətəndaşı olan 11 nəfər xəsarət alıb. Onlardan biri, Amantur adlı 21 yaşı gənc aldığı xəsarətlərdən xəstəxanada vəfat edib".
Sarbişevin bacısı da ilkin ifadəsində həmin şəxslərin ona və rəfiqələrinə sataşdıqlarını, buna etiraz edən qardaşını təhqir edərək döydüklərini bildirib. Qızın sözlərinə görə, qardaşının onları əzmək niyyəti olmayıb. Sadəcə, emosional gərginlik səbəbindən əyləcin yerinə qaza basıb.
1news.az