Vəkil: Koçaryanla bağlı işi artıq Xüsusi İstintaq Xidməti araşdıra bilməz | 1news.az | Xəbərlər
Ermənistan

Vəkil: Koçaryanla bağlı işi artıq Xüsusi İstintaq Xidməti araşdıra bilməz

17:00 - 14 / 09 / 2018
Vəkil: Koçaryanla bağlı işi artıq Xüsusi İstintaq Xidməti araşdıra bilməz

Ermənistanın ikinci prezidenti Robert Koçaryanla bağlı iş artıq Xüsusi İstintaq Xidmətində araşdırıla bilməz.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki, bunu Koçaryanın vəkili Ayk Alumyan deyib.

"Biz tələb edəcəyik ki, araşdırmanı başqa bir qurum aparsın. Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri arasında telefon danışıqlarının aparılması ilə əlaqədar başlanmış cinayət işinə gəldikdə isə, bu, araşdırma qeyd edilən qurumlar tərəfindən  aparıla biləməz”, vəkil deyib.

Xatırladaq ki, sentyabrın 11-də sosial şəbəkədə Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın skandal telefon danışıqlarınınsəsyazısı  yayılıb. Tərəflər ikinci prezident Robert Koçaryana və KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi ilə bağlı məsələləri müzakirə ediblər.

Qeydin həqiqiliyi həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də söhbət iştirakçıları tərəfindən etiraf olunub.

P.Sultanova

Paylaş:
545

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər