Ermənistan polisi KİV-lərdə axtarışlara başlayıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan polisi KİV-lərdə axtarışlara başlayıb

12:49 - 17 / 09 / 2018
Ermənistan polisi KİV-lərdə axtarışlara başlayıb

Bu gün səhər saatlarından başlayaraq Ermənistan hüquq-mühafizə orqanları “Yerevan.Today” saytının ofisində və saytın baş redaktorun evində axtarışlar həyata keçirib.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki, axtarışların səbəbi bu saytın Ermənistanın Milli Təhlükəsizlik Xidməti rəhbəri ilə Xüsusi İstintaq Xidməti rəhbərinin səs yazısını digər KİV-lərdən iki gün əvvəl yayması olub.

"Bu əməliyyatın həyata keçirilməsinə əsas verən Google-dakı axtarışıdır. Belə ki, axtarış zamanı bəlli olub ki, sözügedən sayt səsyazısını digər medialardan iki gün əvvəl dərc edib", məlumatda deyilir.

Lakin saytdan verilən açıqlamada bu təkzib edilib və məlumatın digər KİV-lərlə eyni vaxtda yayıldığı bildirilib.

Eyni vəziyyətlə “Qraparak” qəzeti də üzləşib. Onların isə gizli səs yazısını digər medialardan 5 gün əvvəl yaydıqları iddia olunur.

Xatırladaq ki, qeyd edilən səs yazısında iki qurumun rəhbəri sabiq prezident  Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovla bağlı cinayət işdən danışıblar.

P.Sultanova

 

 

Paylaş:
665

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər