Müdafiə naziri: Terror İranın siyasi kursunu dəyişdirə bilməz | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri: Terror İranın siyasi kursunu dəyişdirə bilməz

15:50 - 24 / 09 / 2018
Müdafiə naziri: Terror İranın siyasi kursunu dəyişdirə bilməz

Əhvazda baş vermiş terror aktı İranıın siyasi kursunu dəyişdirə bilməz.

1news.az xəbər verir ki, bunu İranın müdafiə naziri Əmir Hatəmi deyib. 

Nazir bildirib: "Bu axmaq və insanlığa sığmayan addım Tehranı siyasi kursundan döndərə bilməz".

Ə.Hatəmi əlavə edib ki, terrorçuları İran tərəfindən amansız intiqam gözləyir.

Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Hadisə zamanı 29 nəfər ölüb, 70-ə yaxın nəfər yaralanıb.

1news.az

 

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər