Ebru Gündeşlə bağlı yeni iddia - ABŞ-a gedib hamilə qaldı
Amerikaya əri Rza Zərrabın yanına gedən türkiyəli müğənni Ebru Gündeşlə bağlı yeni iddia irəli sürülüb.
1news.az ölkə.az-a istinadən bildirir ki, müğənninin ərinin yanına ikinci uşaq üçün getdiyi iddiaları yayılıb.
"Habertürk"ün əməkdaşı Esin Övet yazısında müğənninin ikinci dəfə ana olmaq istədiyini, "uşaqla bağlı müjdə verilsə, təəccüblənməyin" ifadəsini işlədib.
"Bu qədər müddət sonra Ebru Gündeşin yenidən ABŞ-a getməsi və zəncirləri qırıb Rza Zərrabla görüşməsi sürpriz oldu. Eşitdiyimə görə, müğənni yenidən ana olmaq istəyir. Bir neçə dəfə həkimlərlə görüşən və kömək istəyən Ebru Gündeşin bu gediş-gəlişlərindən sonra hamiləlik xəbəri gəlsə, təəccüblənməyin.
Daha doğrusu ola bilərmi? Niyə də yox? Olsa heç təəccüblənməyəcəyəm. Çünki son illərdə heç bir şeyə həqiqətən heç təəccüblənmirəm", - deyə yazar qeyd edib.
1news.az