Koçaryan Paşinyanı məhkəməyə verdi | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan Paşinyanı məhkəməyə verdi

13:55 - 25 / 09 / 2018
Koçaryan Paşinyanı məhkəməyə verdi

2008-ci ildə ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham edilən Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı ona böhtan atdığına görə məhkəməyə verib. 

1news.az TASS-a istinadla xəbər verir ki, bu barədə Koçaryanın vəkili Aram Orbelyan məlumat verib.

Vəkil deyib ki, Paşinyan özünün 2008-ci il hadisələri ilə bağlı ictimaiyyətə ünvanlanan bəyanatlarında Koçaryanın şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. Sabiq prezident özünün şərəf və ləyaqətini böhtanlardan qorumaq məqsədilə məhkəməyə müraciət edib.

Daha əvvəl Paşinyan 2008-ci il martın 1-də keçirilən etiraz aksiyaları zamanı 10 nəfərin ölümündə Koçaryanı günahlandırıb. Koçaryan bu ittihamla iyulun 27-də həbs olunsa,  avqustun 13-də Yerevan  Apelyasiya Məhkəməsi onun toxunulmazlıq hüququnu əsas götürərək barəsində ölkəni tərk etməməklə sərbəst buraxılması haqqında qərar verib.

P.Sultanova

Paylaş:
630

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər