Rusiyada azərbaycanlı taksi sürücüsü maşında yatan sərnişini zorlayıb
Moskvada 30 yaşlı azərbaycanlı taksi sürücüsü sərnişinini zorlayıb.
1news.az-ın Kp.ru-ya istinadla verdiyi xəbərə görə, hadisə sentyabrın 22-də Moskvanın Tversk rayonunda qeydə alınıb.
Taksi sifarişi edən 47 yaşlı qadın maşına mindikdən az sonra arxa salonda yuxulayıb.
Bundan istifadə edən sürücü maşını insanların olmadığı sakit dalana çəkib və qadını zorlayıb. Daha sonra isə qadını maşından düşürərək aradan çıxıb.
Adı açıqlanmayan sürücü bir neçə gündən sonra Moskvadakı aeroportların birində saxlanılıb.
Aparılan araşdırma zamanı Azərbaycandan olan taksi sürücüsünün Moskvada qeydiyyatsız yaşadığı və taksi fəaliyyəti ilə qanunsuz məşğul olduğu məlum olub.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsi 6 ilədək həbs cəzası gözləyir.
S.Xankişiyeva