İş adamının 27 mərtəbəli evi - Kinoteatr, hovuzlar və helikopter meydançaları var - FOTO | 1news.az | Xəbərlər
Dünya

İş adamının 27 mərtəbəli evi - Kinoteatr, hovuzlar və helikopter meydançaları var - FOTO

13:11 - 26 / 09 / 2018
İş adamının 27 mərtəbəli evi - Kinoteatr, hovuzlar və helikopter meydançaları var - FOTO

Bu yaşayış binasına bənzər bina, əslində, 5 nəfər üçündür.

1news.az
-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Mumbayda yerləşən bina formasındakı evin qiyməti 1 milyard 300 milyon dollardır.

Dünyanın ən bahalı və böyük evi hesab olunan binada 3 helikopter meydançası, kinoteatr, bir neçə hovuz var.

Ev Hindistanın varlı və nüfuzlu şəxslərindən olan Mukeş Ambaniyə məxsusdur. O, 27 mərtəbəli binada xanımı və 3 uşağı ilə birlikdə yaşayır.

61 yaşlı Mukeş Hindistanın nəhəng şirkətlərindən olan "Reliance Industries"in sahibidir. Onun adı "Forbes"jurnalının 2017-ci il üçün "dünyanın ən varlı şəxsləri" siyahısında yer alıb.

Mukeş yaşadığı evin adını Antiliya qoyub. Ev 2010-cu ildə tikilib.

 

1news.az

Paylaş:
1933

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər