Azərbaycanla San-Tome və Prinsipi arasında diplomatik əlaqələr qurulub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla San-Tome və Prinsipi arasında diplomatik əlaqələr qurulub

10:36 - 26 / 09 / 2018
Azərbaycanla San-Tome və Prinsipi arasında diplomatik əlaqələr qurulub

Azərbaycan Respublikası ilə San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarovun San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə Nyu-Yorkda görüşü keçirilib. 

BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər "Azərbaycan Respublikası və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" sənədi imzalayıblar. 

P.Sultanova

 

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər