Bodibilder sevgilisini 40 dəqiqə vəhşicəsinə döydü, qız 4 gün komada qaldı – VİDEO
Sevgilisini vəhşicəsinə döyən bodibilder kameraya düşüb.
1news.az-ın məlumatına görə, Milli.az nypost-a istinadla xəbər verir ki, idmançı oğlanın sevgilisini komaya düşəcək qədər döydüyü anlar evə quraşdırılan kameraya düşüb.
Videoda yarıçılpaq oğlanın sevgilisinə hücum edib onu dəfələrlə yumruqlaması, başına şamdan atması, stulu başına çırpması əks olunub.
Bunlara rəğmən oğlanın hirsi soyumayıb və 40 dəqiqə qızı döyüb.
Qızı səhər evin qarşısında huşsuz vəziyyətdə görən qonşular onu xəstəxanaya çatdırıblar. Qız 4 gün komada qaldıqdan sonra özünə gəlib. O, özünə gəldikdən sonra sevgilisini müdafiə edib və döyülməkdə özünü günahkar bilib.
35 yaşlı bodibilder Paul Bashi saxlanılıb. O, qızı öldürməyə cəhd etdiyinə görə 5 milyon dollar ödəmək şərti ilə sərbəst buraxıla bilər.
Hadisə Vaşinqtonda baş verib. İddia olunur ki, o, stereoid qəbul etdiyinə görə bu qədər hirsli olub.
Fox2Detroit qzın döyüldüyü anın görüntülərini əldə edib.
Həmin kadrları təqdim edirik:
1news.az