Atalarını öldürən erməni bacılar azadlıqda – VİDEO
Moskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızından ikisinin azadlığa buraxılması barədə qərar qəbul edib.
1news.az-ın ura.news-a istinadla verdiyi xəbərə görə, kiçik Mariya və ortancıl Angelina hakim Yuliya Safinanın hökmü ilə azadlığa qovuşub.
Məlumata görə, tədqiqatçıların tələbi ilə proses bitmiş elan edilib və tərəflər etiraz etməyiblər.
Bildirilib ki, bacılara yaşayış yerini tərk etmək, tanımadığı şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Hətta bacıların bir-biri ilə ünsiyyətdə olmağı, mobil telefondan və internetdən istifadəsi də 28 dekabra kimi yasaqlanıb.
Xatırladaq ki, iyulun 27-də M.Xaçaturyan doğma qızları Angelina, Kristina və Mariya tərəfindən doğranaraq, qətlə yetirilib.Qızları ataları tərəfindən daim psixoloji işgəncəyə məruz qaldıqlarını bildirdilər.
Erməni atalarını öldürən bacılardan yeni xəbər
S.Xankişiyeva