Bankomatdan pul çıxararkən öldürülən şəxsin son paylaşımı kövrəltdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Bankomatdan pul çıxararkən öldürülən şəxsin son paylaşımı kövrəltdi – FOTO – VİDEO

12:58 - 28 / 09 / 2018
Bankomatdan pul çıxararkən öldürülən şəxsin son paylaşımı kövrəltdi – FOTO – VİDEO

Türkiyənin Samsun rayonunda bankomatdan pul çəkərkən bir şəxs tərəfindən silahlı hücuma məruz qalan Yusuf Gür (39) adlı şəxs xəstəxanada dünyasını dəyişib.

1news.az-ın Haberler-ə istinadla verdiyi xəbərə görə, mərhumun sosial şəbəkə hesabından "Bütün sevdiklərimə, dostlarıma məndən xatirə qalsın. Ölümün saatı, günü yox" paylaşımı etdiyi ortaya çıxıb.

İddiaya görə, Yusuf Gür bankomatdan pul çəkdikdən sonra park halındakı avtomobilinə minmək üçün yaxınlaşdığı zaman naməlum şəxs tərəfindən ürəyindən və başından tapança ilə vurulub.

Qanlı olay sonrası qaçan şübhli isə bir ofisin kamerasına düşüb. Polis qatili yaxalamaq üçün araşdırmaya başlayıb.

S.Xankişiyeva

Paylaş:
2357

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər