Kəbəni belə görməmişdiniz - koronavirusa görə boş qalıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Kəbəni belə görməmişdiniz - koronavirusa görə boş qalıb - FOTO

11:34 - 06 / 03 / 2020
Kəbəni belə görməmişdiniz - koronavirusa görə boş qalıb - FOTO

Səudiyyə Ərəbistanının Ümrə ziyarətinin qadağan olunması ilə bağlı qərarından sonra Kəbə boş qalıb.

1news.az-ın məlumatına görə, sözügedən qərardan sonra Kəbənin yerləşdiyi Məscidül-Həram-da ancaq işçilər qalıb.

Qeyd edək ki, mart ayının 2-də İrandan Səudiyyə Ərəbistanına gələn şəxsdə koronavirus tapılıb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hazırda 98 mindən çox insan yeni növ koronavirusa yoluxub. 55 min insan xəstəlikdən sağalıb, 3 mindən çox insan dünyasını dəyişib.

1news.az

Paylaş:
3129

Son xəbərlər

Bütün xəbərlər