ÜST: Koronavirusa yoluxanların sayı 380 mini ötdü – XƏRİTƏ
Martın 24-nə olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar 382 644 nəfər təşkil edir, onlardan 16 587 nəfəri vəfat edib, 101 898 insan isə sağalıb.
Bunlar yeni virusun yayılması ilə əlaqədar yanvar ayının sonlarında yaradılan onlayn xəritənin məlumatlarıdır. Real rejimdə onlayn xəritə vasitəsilə bütün dünyada epidemiyanın yayılmasına nəzarət etmək olar.
Xəritə Ümumdünya Səhiyyə təşkilatının (ÜST), eləcə də ABŞ, Çin və Avropada Xəstəliklərə Nəzarət Mərkəzlərinin məlumatlarını əks etdirir.
Koronavirusa yoluxanların statistikası:
Ən çox epidemiyanın mərkəzi – Çində bu günə olan məlumata əsasən 81 558 nəfər infeksiyaya yoluxub.
Xəstəliyə yoluxanların sayına görə ilk onluqdakı ölkələr arasında ikinci yerdə İtaliya (63 927), üçüncü yerdə ABŞ (46 450), dördüncü İspaniya (35 212) yer alır.
Daha sonra Almaniya (29 560), İran (23 049), Fransa (20 149), Cənubi Koreya (9 037, İsveçrə (8 795), Böyük Britaniya (6 726) və digər ölkələr gəlir.
Koronavirusdan ölənlərin statistikası:
Koronavirusdan ölənlərin statistikasına gəlincə, bu günə qədər ümumilikdə 16587 nəfər bu virusdan dünyasını dəyişib. Ən çox ölüm faktı İtaliya (6077), Çinin Hubey vilayəti (3160), İspaniya (2316), İran (1812), Fransa (860), Böyük Britaniya (335), Niderland (213), Almaniya (126) və digər ölkələrdədir.
Koronavirusdan sağalanların statistikası:
Koronavirusdan sağalanların sayının artması isə xüsusi qeyd olunmalıdır. Bu günə qədər dünyada koronavirusdan 101 898 insan sağalıb. Təhlükəli virusdan sağalanların sayına görə Çinin Hubey vilayəti (60 323), İran (8376), İtaliya (7432), Cənubi Koreya (3507), İspaniya (3355), Fransa (2200) və digər ölkələri öndə gedir.
Azərbaycana gəlincə, ölkəmizdə virusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Martın 12-də ölkədə ilk ölüm hadisəsi baş verib.
Hazırda Azərbaycanda koronovirusa yoluxanların sayı 72 nəfər təşkil edir.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.
Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.
Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.
Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!
Azərbaycanda məktəb və bağçalar müvəqqəti bağlandı - RƏSMİ
9-cuların buraxılış imtahanı təxirə salındı - SƏBƏB
AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO
Qərargah: İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib
Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı – RƏSMİ
Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu
ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı durmadan artır – XƏRİTƏ
Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı
“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO
1news.az