Şəkinin mərkəzinə gələn ayı Altıağaca aparılacaq – Nazirlikdən açıqlama | 1news.az | Xəbərlər
Dünya

Şəkinin mərkəzinə gələn ayı Altıağaca aparılacaq – Nazirlikdən açıqlama

11:54 - 31 / 05 / 2020
Şəkinin mərkəzinə gələn ayı Altıağaca aparılacaq – Nazirlikdən açıqlama

“Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman müşahidə olunur”.

1news.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

“Qeyd edək ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.

Qafar Ağayev

 

Paylaş:
774

Son xəbərlər

Bütün xəbərlər