ABŞ-da afroamerikalı Corc Floydun ölümünün dəqiq səbəbi açıqlanıb
ABŞ-da ölümü etiraz aksiyalarına və kütləvi iğtişaşlara səbəb olan afroamerikalı, Minneapolis şəhər sakini Corc Floyd boğularaq dünyasını dəyişib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat məhkəmə-tibb ekspertizasının rəsmi qərarında bildirilib.
Hennepin dairəsindən olan (Minnesota ştatı) məhkəmə-tibb ekspertizasının yaydığı press-relizdə ölüm səbəbi ilə bağlı qrafada "polis əməkdaşları tərəfindən boynunun sıxılması və boğulması nəticəsində ürək və ağciyərin fəaliyyətini dayandırması" yazılıb. Ölüm faktı "adam öldürmə" kimi qeydə alınıb.
İlk olaraq həkimlər Floydun ölümünün boğulma ilə əlaqəli olmadığını bildirmişdilər. Ancaq sonradan onun ailəsi cəsədin sərbəst şəkildə ekspertizasını həyata keçiriblər və bunun nəticəsində Floydun boğulduğu dəqiqləşdirilib. Artıq bu fikir rəsmi məhkəmə-tibb eksperti tərəfindən də təsdiqlənib.
1news.az