Türkiyədə 6 azərbaycanlı koronavirusdan öldü - RƏSMİ | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə 6 azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

14:20 - 04 / 06 / 2020
Türkiyədə 6 azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

REAL TV-yə danışan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim "COVİD-19"a yoluxan və bu virusdan dünyasını dəyişən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayıb.

Səfir bildirib ki, bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə 6-ya çatıb.

Səfir, sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

"Türkiyə və Azərbaycan qardaş dövlətlərdilər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər. Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın.

Təbii ki, burada fərqli faktorlar var. Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var... Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur".

1news.az

Paylaş:
637

Son xəbərlər

Bütün xəbərlər