AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi – FOTO

18:05 - 05 / 06 / 2020
AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi – FOTO

Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə 144 Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Bu barədə 1news.az-a AZAL-dan məlumat verilib.

Qeyd olunub ki, 5 iyun tarixində Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb. Ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

S.Xankişiyeva

 

Paylaş:
1199

Son xəbərlər

Bütün xəbərlər