“Dualarımız və minnətdarlığımız daim Sizinlədir, Cənab Prezident” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Dualarımız və minnətdarlığımız daim Sizinlədir, Cənab Prezident” – Prezidentə yazırlar

17:15 - 22 / 06 / 2020
“Dualarımız və minnətdarlığımız daim Sizinlədir, Cənab Prezident” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Quliyev Cəfər, Rəsulov Sahib, Mikayılov Həsən, Süleymanova Mehriban və Alıyev Baloğlan, Mingəçevir, Azərbaycan

“Çox hörmətli cənab Prezidentimiz.

Biz, Mingəçevir şəhəri “İncilli“ adlanan yaşayış massivinin sakinləri Sizə və Mehriban xanıma dərin təşəkkür edirik.

Uzun illərdən bəri yolumuzun yararsız vəziyyətdə olması bizə çox çətinliklər yaradırdı. Yayda toz-torpaqdan, payız və qış aylarında isə palçıq əlindən əziyyət çəkirdik. Özümüzün işə, uşaqlarımızın da məktəbə gedib-gəlməsində problem yaranırdı. Bir neçə gün əvvəl bu yolda təmir işlərinə başlanılması sakinləri hədsiz sevindirmişdir.

Eyni zamanda, qeyd etməyi özümüzə borc bilirik ki, Mingəçevirin sanki bir rəmzi olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının Sizin tapşırığınızla yenidənqurma işləri sayəsində bu günün standartlarına cavab verən bir müəssisəyə çevrildiyinin şahidiyik. Bir sözlə şəhərimiz inkişaf edir, insanların güzəranı daha da yaxşılaşır.

Hörmətli Prezidentimiz, stansiyada görülən işlər, yolumuzun əsaslı təmiri üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı versin”.

Salayev Mirəziz, Nuralıyev Elməddin, Adıgözəlov Azad və Sadiqov Rasif,  Cəlilabad, Azərbaycan

“Hörmətli cənab Prezident.

Pandemiya dövründə vətəndaşlara, eləcə də sahibkarlara və fermerlərə yaratdığınız şəraitə və verdiyiniz dəstəyə görə Sizə öz adımızdan, Cəlilabad rayonunun Təzəkənd, Söyüdlü və Muğan kəndlərinin sakinləri adından təşəkkür və minnətdarlığımızı bildiririk.

Kənd sakinləri olaraq, Sizin yürütdüyünüz siyasətin müsbət nəticələrini, qayğınızı və dəstəyinizi daim öz üzərimizdə hiss edirik. Dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və tələfat səviyyəsinin aşağı olması Sizin gərgin əməyinizin nəticəsidir. Kənd sakinləri bu çətin dövrdə yaradılmış şəraitdən bəhrələnərək əkib-becərdikləri kartofu həm daxili, həm də xarici bazarlara çıxara bilmişlər. Bu, bizim üçün çox şey deməkdir.

Dualarımız və minnətdarlığımız daim Sizinlədir, cənab Prezident”.

Şirin Muştakovdan, Qəbələ, Azərbaycan

“Hörmətli cənab Prezident.

Pandemiya dövründə Sizin tibb işçilərinə göstərdiyiniz diqqət və qayğını hiss edirik. Məni 17 iyun - tibb işçilərinin peşə bayramı münasıbətilə səhiyyə sahəsində xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif etmisiniz. Buna görə Sizə dərin hörmət və minnətdarlığımı bildirirəm. Uca Allah Sizi qorusun”.

Cəlil Nəzərovdan, Masallı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mənə “Əməkdar həkim” fəxri adı verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu təkcə mənə yox, bütün Azərbaycan və Masallı səhiyyəsinə verilən qiymətdir. Söz verirəm ki, gələcəkdə də Azərbaycan xalqına və Sizə sədaqətlə xidmət edəcəyəm”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər