Millətlər Liqası: İtaliyadan qələbə, Norveçdən darmadağın
UEFA Millətlər Liqasında 2-ci turun oyunları davam edir.
1news.az qol.az-a istinadən xəbər verir ki, növbəti oun günündə A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.
A Liqasının 1-ci qrupunda lider Niderland İtaliyanı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Digər matçda isə Polşa Bosniya və Herseqovinanın qonağı olub. Bu oyunda da qonaqlar qələbə qazanıb - 2:1.
Millimizin yer aldığı C liqasında Qazaxıstan Belarusa 1:2 uduzub, Litva isə səfərdə Albaniyanı udub - 1:0.
7 sentyabr
Millətlər Liqası, 2-ci tur
A liqası
22:45. Bosniya və Herseqovina - Polşa 1:2
Qollar: Haris Hayradinoviç, 21-pen. Kamil Qlik, 35, Kamil Qrositski, 67
22:45. Niderland - İtaliya 0:1
Qol: Nikolo Barella, 45+1
B liqası
1-ci qrup
22:45. Avstriya - Rumıniya 2:3
Qollar: Kristof Baumqartner, 17, Kərim Onisivo, 81 - Denis Alibek, 3, Draqoş Qriqore, 51, Maksim Aleksandru, 70
22:45. Şimali İrlandiya - Norveç 1:5
Qollar: Patrik Makneyr, 6 - Məhəmməd Elyunussi, 2, Erlinq Holann, 7, 58, Aleksander Sörlot, 19, 47
2-ci qrup
22:45. Çexiya - Şotlandiya 1:2
Qollar: Yaroslav Peşyek, 12 - Lindon Dayks, 27, Rayan Kristi, 52
22:45. İsrail - Slovakiya 1:1
Qollar: İlay Elmkis, 90+1 - Mixal Düriş, 14
C liqası
4-cü qrup
18:00. Qazaxıstan - Belarus 1:2
Qollar: Abat Aymbetov, 62 - Maksim Bordaçyov, 53
22:45. Albaniya - Litva 0:1
Qol: Donatas Kazlauskas, 51
1news.az