Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi başlayır
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.
1news.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.
İlk olaraq Ukraynanın "Dinamo"su Niderland "AZ Alkmaar"ını qəbul edəcək. Daha sonra Yunanıstan PAOK-u doğma meydanda Portuqaliya "Benfika"sı ilə qarşılaşacaq. Günün son oyununda isə Avstriya "Rapid"i Belçika" "Gent"inin qonağı olacaq.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" da sabah Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq.
15 sentyabr
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "AZ Alkmaar" (Niderland)
22:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)
22:30. "Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya)
1news.az