Çempionlar Liqasında pley-offa start verilir
Bu gün Çempionlar Liqasında pley-off mərhələsi start götürəcək.
1news.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə üç görüş keçiriləcək.
"Krasnodar" PAOK-u, Təl-Əviv "Makkabi"si "Zalsburq"u, "Slaviya" isə "Midtülland"ı qəbul edəcək.
Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.
22 sentyabr
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
23:00. "Krasnodar" (Rusiya) - PAOK (Yunanıstan)
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Zalsburq" (Avstriya)
23:00. "Slaviya" (Çexiya) - "Midtülland" (Danimarka)
1news.az
985