Dünyanın ilk kriptobankı fəaliyyətə başlayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyanın ilk kriptobankı fəaliyyətə başlayacaq

17:51 - 25 / 09 / 2020
Dünyanın ilk kriptobankı fəaliyyətə başlayacaq

ABŞ-ın Vayominq ştatının rəhbərliyi, Kraken kriptobirjasına ilk kriptovalyuta bankını açmaq üçün icazə verib.

1news.az ted.az-a istinadən bildirir ki, Kraken Financial ixtisaslaşmış depozit müəssisəsini işə salmağa imkan verən bank lisenziyasını əldə edib.

Vayoming ştatında yerləşən şirkət, federal və dövlət qanunvericiliyinə uyğun olaraq bank statusunu almış ABŞ-ın ilk rəqəmsal bankıdır.

Bankın müştəriləri hesabların ödənilməsi üçün rəqəmsal aktivlərdən istifadə edə, əmək haqqını ala və investisiya portfellərini formalaşdıra biləcəklər.

Birinci mərhələdə Kraken Financial yalnız ABŞ sakinlərinə xidmət edəcək, ikinci mərhələdə isə fəaliyyət sahəsinin genişləndirilməsi nəzərdə tutulub.

1news.az

Paylaş:
872

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər