Elxan Məmmədov: Ermənistan Futbol Federasiyasının 13 yaşlı futbolçumuzun öldürülməsi ilə bağlı açıqlamaları absurddur | 1news.az | Xəbərlər
İdman

Elxan Məmmədov: Ermənistan Futbol Federasiyasının 13 yaşlı futbolçumuzun öldürülməsi ilə bağlı açıqlamaları absurddur

00:03 - 30 / 09 / 2020
Elxan Məmmədov: Ermənistan Futbol Federasiyasının 13 yaşlı futbolçumuzun öldürülməsi ilə bağlı açıqlamaları absurddur

Sentyabrın 28-də AFFA 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun erməni təcavüzkarları tərəfindən Azərbaycanın mülki əhalisinə və infrastrukturuna yönəlmiş hücumları nəticəsində ölümündən bəhs edən müvafiq məktubları FIFA və UEFA-ya göndərib.

Buna cavab olaraq, Ermənistan Futbol Federasiyası Azərbaycan tərəfini yalan məlumat yaymaqda günahlandıraraq AFFA-ya qarşı UEFA və FIFA-ya şikayət etmək niyyətində olduqları barədə absurd açıqlama verib

1news.az-ın AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədovla bu məlumat kontekstində çox maraqlı söhbəti oldu:

“Sentyabrın 27-də mülki əhaliyə hücum nəticəsində 13 yaşlı Şəhriyar Qurbanovun öldürüldüyü barədə faciəvi xəbər aldıq. AFFA-nın məlumat bazasında araşdıqdıqda o, Naftalan klubunda müxtəlif yaşlı liqalarda oynadığına əmin olduq. Təəssüf ki, həyatı yeni başlayan gənci itirdik.

Futbol ailəsinin bir üzvünü itirdik. Buna görə, FIFA və UEFA-ya məlumat verdik, çünki Azərbaycanın futbol ailəsinin üzvü Avropada və dünyada futbol ailəsinin üzvüdür. Həmçinin hamını şoka salan bu acınacaqlı itki barədə FIFA və UEFA-ya məlumat vermək bizim vəzifəmizdi. Bu, bir daha bütün dünyaya sübut edir ki, təcavüzkar bizim ərazimizdədir və mülki insanlara hücum edir.

Ermənistan Futbol Federasiyasının açıqlamaları absurddur. Azərbaycanın futbol funksionerlərinin açıqlamaları ilə bağlı şikayətlərinə gəldikdə, ölkənin hər bir vətəndaşı bayrağımızın işğal altında olan Dağlıq Qarabağda və onun ətrafındakı yeddi rayonda yüksələcəyi anı səbirsizliklə gözləyir”.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
3790

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər